Əvvəlki imtahanlarda testdən keçib müsahibədən kəsilənlər növbəti mərhələdə yalnız müsahibə mərhələsindən keçəcəklər.TehsilMedia.az xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, testdən keçib, müsahibədən keçə bilməyənlərin sayı azdır:
"Belə müəllimlər imtahanda yalnız müsahibə mərhələsindən keçəcəklər".