Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonunun Kürdşaban kənd orta məktəbində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində şagirdlərlə növbəti görüş keçirilib.
TehsilMedia.az xəbər verir ki, RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev görüşün əhəmiyyətindən bəhs edib, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadlarından söz açıb.