Dövlət İmtahan Mərkəzi (DİM) ötən il orta məktəbi “əlaçı” kimi bitirmiş 149 abituriyentin qəbul imtahanında 0-100 bal arası nəticə göstərdiyini açıqlayıb.
TehsilMedia.az azedu.az-a istinadən, xəbər verir ki, məktəbi “əlaçı” kimi bitirən daha 907 abituriyentin balı isə 100-200 aralığında olub.
Qeyd edək ki, ötən il məktəbi “əlaçı” kimi başa vuran şagirdlərin təxminən 10 faizi qəbul imtahanında 200-dən aşağı nəticə göstərib.