Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün II seçim mərhələsinin nəticələri elan edilib.
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda, şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz.
Sənəd qəbulu avqustun 28-dən başlayaraq avqustun 30-u saat 16:00-dək davam edəcək.