Sentyabrın 15-də Xırdalan şəhər 11 saylı tam orta məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Abşeron-Xızı regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, təhsil idarəsinin tabeliyində olan təhsil müəssisələrinin nümayəndələri, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib. TehsilMedia.az xəbər verir ki, tədbirdə çıxış edən Abşeron rayon İcra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıblar.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini deyən təhsil nazirinin müavini qeyd edib ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir. 11 saylı tam orta məktəb də məhz belə məktəblərdəndir.
Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini təbrik edib.
Sonda tədbir əbədi-bədii kompozisiya ilə davam edib.
TƏHSİL MEDİA