Təhsil İnstitutunun əməkdaşları və dərslik müəllifləri pilot siniflərdə monitorinqlərə başlayıblar.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, monitorinqlərdə yeni dərslik komplektlərinin pilot sınağının gedişini müşahidə etmək, müəllim-şagird-valideyn üçlüyünün rəy və təkliflərini öyrənmək və qarşıya çıxan problemlərlə bağlı lazımi tövsiyələr vermək nəzərdə tutulur.
Yeni dərsliklərin sınaq prosesi ümumi təhsil müəssisələrinin bir sinfində həyata keçirilir.