"İnnovativ inkişafın üç əsas tərəfi var. Bu, ictimaiyyət, universitet və tədqiqat mərkəzləri və sənaye dünyasıdır. Bu üçü bir araya gəlib üzərinə düşən rolu yaxşı formada oynamalıdır. Biri irəli gedirsə, digəri geridə qalırsa, innovasiya sağlam formada inkişaf etmir".TehsilMedia.az xəbər verir ki, bunu Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.
"Bu gün dünyada 30 mindən çox universitet var. Lakin 98 %-i hazırkı formatlarından çıxmalı və islahatlar aparılmalıdır. Bu islahatları aparmadıqca onları lazımi səviyyə gətirmək mümkün deyil", - rektor bildirib.
Kənan Nağıbəyli