"Google Play Store"nda yeni troyan aşkar edilib. Bu troyan ekranın görüntüsünü yazan "Screen Recorder" tətbiqinin daxilində gizlədilib.
Xüsusi rabitə və informasiya təhlükəsizliyi xidmətindən bildirilib ki, naməlum istifadəçinin yaratdığı proqram mobil telefon üzərində idarəni ələ keçirməyə imkan yaradır.
Şöbə müdiri
Nadir Novruzov bildirib ki, ilk öncə bu proqram özünü Screen Recorder kimi qələmə verir. Təqribən 50000 yüklənmə sayına çatıb. Proqram təminatının içinə zərərli kodlar yerləşdirilib. Bəzi istifadəçilərdə avtomatik yenilənmə aktiv olduğu üçün tətbiq smartfonlara birbaşa qurulur. Beləliklə, smartfonlar hackerlər tərəfindən uzaqdan idarə oluna bilir.
İnformasiya texnologiyaları üzrə mütəxəssis
Fərhad Mirəliyev bildirilib ki, tətbiq ilk dəfə 2021-ci ildə quraşdırılıb. Lakin həmin il zərərverici kod aşkar edilməyib. Ancaq sonradan proqram yenilənməsi ilə birgə, zərərverici kod da yüklənib. İstifadəçinin fərdi məlumatları, şəxsi yazışmaları üçüncü tərəfin əlinə keçə bilər. Proqram təminatını yükləyən zaman güvənilən mənbələrdən yükləmək lazımdır.
İnformasiya texnologiyaları sahəsində çalışan
Bəxtiyar Həsənov deyib ki, həmin proqram Play marketden silinib və narahatlığa əsas yoxdur. Lakin təhlükəsizliyi qorumaq üçün təhlükəsizlik yeniləmələri vaxtı - vaxtında edilməlidir. Mütəxəssislər bildirirlər ki, özü texniki cəhətdən saz olsa da, proqram təminatının istifadəsi başa çatan smartfonların da istifadəsi məsləhət görülmür.