Dekabrın 3-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
TehsilMedia.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminar-müşavirəni giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
Sonra qarşıdan gələn əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.