"Rəssamların kolleksiyalarına mütəmadi olaraq baxış keçirilməli, nazirlik tərəfindən lazımi nümunələr alınmalıdır".
TehsilMedia.az xəbər verir ki, bunu sənətşünas Rəfael Gülməmmədov Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda panel müzakirə zamanı deyib.
"Məsələn, elə bu il vəfat edən görkəmli rəssamımız Fazil Nəcəfin irsi indi onun övladlarının ixtiyarındadır. Hesab edirəm ki, biz bu irsə sahib çıxmalıyıq. Demirəm, hamısı alınsın, amma bunun üçün komissiya təşkil etmək olar, o komissiya emalatxanada rəssamın irsinə baxış keçirib, lazımi qiyməti vermək üçün addım ata bilər", - sənətşünas qeyd edib.