Duru Özer İsveçrədə keçirilən Avropa Kompüter Olimpiadasında yarışıb. O, 52 ölkədən 189 rəqibinə qalib gələrək qızıl medal qazanıb. "Çətin anlar yaşadım, amma bunun öhdəsindən gəldim" dedi.
Qız tələbələrin informatikaya marağını artırmaq üçün 2021-ci ildə start götürən Avropa Qızlar Kompüter Olimpiadasında türk qız tələbələr iz qoyub. Bu il 52 ölkədən 189 şagirdin qatıldığı İsveçin Lund şəhərində 15-21 iyul tarixlərində keçirilən 3-cü Avropa Qızlar Kompüter Olimpiadasında Türkiyəni təmsil edən şagirdlərdən 17 yaşlı Duru Özer qızıl medalı Türkiyəyə gətirib.
ZƏLZƏLƏYƏ BAXMAYARAQ DAYANMADI
Orta məktəb illərində riyaziyyata olan marağının davamı olaraq kompüterə olan marağının artdığını dilə gətirən Özer, olimpiadalardakı uğurunun əsasının da bu olduğunu dedi. Özer zəlzələ zamanı və onun nəticələrindən danışıb. Özer, “Çox çətin günlər keçirdik, xaotik bir dövrü keçməyə çalışırıq. Çox insan itirdik. Hamımız başqa şəhərlərə, başqa məktəblərə dağıldıq. Çətin günlər idi. Olimpiadaya hazırlaşmaq da mənim üçün çətin idi” dedi. Özer universitet imtahanında məqsədinin kompüter mühəndisliyi olduğunu bildirib.
TÜRKİYƏNİ TƏMSİL ETMƏK ÜÇÜN YETİŞDİRİLİR
Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Elmi Dəstək Proqramları Başçılığı (BİDEB) çərçivəsində həyata keçirilən işlər çərçivəsində Türkiyəni beynəlxalq arenada təmsil etmək üçün yetişən gənc alimlər arasında yer alan Duru Özerin builki uğuru ), bu il daha da mənalı oldu. Ailəsi ilə birlikdə Kahramanmaraşda yaşayan Özerin evi fevralın 6-da baş verən zəlzələdən zərər çəkib. Müəllimlərin, dostların, qonşuların əziyyətinin şahidi olub. İki bacısı və nənəsi ilə birlikdə İzmirə gəlib məskunlaşıb. Valideynləri isə Kahramanmaraşda qalıblar. Özer bu şərtlər altında işləyirdi.
Məsumə İmran