Türkiyədəki universitetlərin bakalavr proqramlarını bitirmiş və ya məzun olacaq tələbələr akademik karyeraları və ya magistratura təhsilləri üçün ALES-ə daxil olurlar. Ötən günlərdə ÖSYM tərəfindən açılan ALES 20 avqust bazar günü keçiriləcək.
Namizədlərin akademik biliklərini və analitik düşünmə bacarıqlarını ölçmək məqsədi daşıyan ALES üçün geri sayım başladı. Ədədi (riyazi) və şifahi (dil və ədəbiyyat yönümlü) iki hissədən ibarət olan ALES üçün giriş sənədi bu yaxınlarda əlçatan oldu.
ALES İMTAHANI NƏ VAXTDIR?
Dərc olunmuş imtahan təqviminə əsasən, ALES İmtahanı avqustun 20-də keçiriləcək.
ÖSYM-DƏN ALES İMTAHANI XƏBƏRDARLIĞI
ÖSYM imtahana girəcək namizədlərə xəbərdarlıq etdi. ÖSYM tərəfindən edilən açıqlama belədir;
“20 avqust 2023-cü il tarixində keçiriləcək 2023-ALES/2 imtahanına namizədlər saat 10:00-dan sonra imtahan binalarına buraxılmayacaqlar”.
Məsumə İmran