Monqolustan Rusiya, Çin və Qərb ölkələrindən ona məxsus qiymətli tarixi eksponatları qaytarmağı tələb edir.
TehsilMedia.az “The Telegraph”-a istinadən xəbər verir ki, Monqolustan milyardlarla funt-sterlinq dəyərində artefaktların geri qaytarılması üçün pul ödəməyə hazırdır.
Monqolustan mədəniyyət naziri Nomin Çinbat deyib ki, Rusiya, Çin və Qərb ölkələri Monqolustana hörmətlə yanaşmalı və tarixi eksponatları ölkəyə qaytarmalıdır. Monqolustan hazırda dünyanın 34 ölkəsində muzey və universitetlərdə saxlanılan yüz tarixi əsərin siyahısını da hazırlayıb. Bunların arasında Tayvanda saxlanılan Çingizxanın portreti, Edinburq Universitetində saxlanılan XIII əsrdə yaşamış dövlət xadimi Rəşid ad-Dinanın bəzəkli illüstrasiyası və digərləri var.