Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.
TehsilMedia.az AzEdu.az-a istinadən xəbər verir ki, məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən bu vəzifəyə Elnur Quliyev təyin olunub.
Qeyd edək ki, o, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.