25-26 may tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirində XI sinif şagirdi Aytən Verdiyeva 57 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Aytən Verdiyeva Bəhmən Mehtiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbin şagirdidir.