“Müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı hələ ki, müzakirə aparılmır”
Bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, hələ müəllimlərlə bağlı təsdiqlənmiş qayda kimi “müəllimlərin etik davranış qaydaları” var.
"Təhsilverənlərin vahid məktəbli formasına keçməsi ilə bağlı müzakirələr aparılmır”,- o qeyd edib.