Bu ildən etibarən Türkiyə-Azərbaycan (TAU) Universitetində tədris prosesi başlayır.
Universitetin müəllim-professor heyəti, tədris proqramları, eləcə də, tədrisin başlayacağı gün hələ də ictimaiyyətə məlum deyil.
Mətbuat xidmətindən bildirildi ki, Türkiyə-Azərbaycan Universitetində fəaliyyət göstərəcək müəllimlər Türkiyədən gələcəklər.
“Tədris tərəfdaş universitetlərin proqramı əsasında aparılacaq. Tədris prosesinin nə zamandan başlanacağı ilə bağlı məlumat növbəti həftədə ictimaiyyətə açıqlanacaq”.