Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi Lənkəran - Astara iqtisadi rayonunun Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarında yerləşən bir neçə arıçılıq təsərrüfatlarında ekspedisiyada olub.
Bu barədə "
TehsilMedia.az"a institutdan bildirilib.
Ekspedisiya müddətində arıxanalara baxış keçirilmiş, zəif və şübhəli arı yeşiklərindən nümunələr götürülərək laboratoriyaya gətirilib. Alınmış nümunələr üzərində arıların zərərvericiləri, parazitar, fungal (göbələk) və viral (virus) xəstəlikləri tədqiq olunacağı bildirib.