Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tədris və Araşdırma Xəstəxanasına hərbi tibb ixtisasına kursantların qəbulu elan olunur.
Bu barədə "
TehsilMedia.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Müsabiqədə 2023-cü ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış 19 yaşınadək oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər avqustun 18 21-də (bazar günü istisna olmaqla) Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində yaradılmış komissiyaya müraciət etməlidirlər.
Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73.
Seçim zamanı uğur qazanmış 8 (səkkiz) namizədin Gülhanə Tədris və Araşdırma Xəstəxanasına təhsil almağa göndərilməsi planlaşdırılır.