Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları - laboratoriya müdiri dosent Barat Əhmədov, aparıcı elmi işçi İlhamə Səfərova və digər elmi işçilər Qəbələ rayonunda arıçılıq təsərrüfatlarında tədqiqat aparıblar.
Bu barədə "
TehsilMedia.az"a institutdan məlumat verilib.
Bildirilib ki, daha öncədən Qəbələ rayonunun Məmmədağalı kəndində arıçılıq təsərrüfatında aparılan təcrübənin yekun nəticələrini araşdırmaq məqsədilə yetkin bal arılarından, eləcə də baldan nümunələr götürülərək laboratoriyaya gətirilib.
Tədqiqat zamanı arı nümunələrində təcrübə əsnasında tətbiq edilən antioksidantlığa malik təbii qida əlavələrinin daha öncə yeşiklərdə aşkar olunmuş arı xəstəliklərinə qarşı təsiri analiz ediləcək və eyni zamanda, balın antioksidantlığı yoxlanılacaq.
Qeyd edək ki, molekulyar analizlər Türkiyədə laboratoriyada aparılacaq.