Elm və təhsil naziri Emin Əmrullayev 27 oktyabr tarixində Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən "
TehsilMedia.az"a bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 12 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının
https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “
WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.