"Durğu işarələrinin azaldılmasına ehtiyac var".
TehsilMedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.
Deputat bildirib ki, yerli-yersiz harada gəldi durğu işarələrindən istifadə etmək olmaz:
"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür. Məsələn, feili bağlamalardan sonra vergülün qoyulması bizdə dəb halını alıb. Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Odur ki, dil səhvlərinə çox kəskin yanaşmalıyıq".