Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalan
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Astronomiya İnstitutunun direktoru Şuhrat Ehgamberdiev imzalayıblar.
İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu ilə əməkdaşlıq astronomiya sahəsində təcrübə, bilik mübadiləsi, beynəlxalq əməkdaşlıq, kosmosun tədqiqi üçün unikal imkan yaradacaq. Bu tərəfdaşlıq birgə elmi layihələrin hazırlanmasına, iki qurumun alimləri və tələbələri arasında təcrübə mübadiləsinə, eləcə də astronomiya sahəsində təhsil proqramlarının yaradılmasına töhfə verəcək.
Özbəkistanın Astronomiya İnstitutunun direktoru Şuhrat Ehgamberdiev bildirib ki, BDU ilə imzalanan əməkdaşlıq astronomiya və kosmik elmlər sahəsində tədqiqatlara yeni impuls verəcək: “Astronomiya bizim üçün sadəcə elm deyil. Həm Nəsirəddin Tusi, həm də Mirzə Uluqbəy xalqlarımızın mənəviyyatının bir hissəsidir”.
Müqaviləyə əsasən, BDU və Astronomiya İnstitutu astronomiya, kosmik elmlər sahələrində birgə elmi tədqiqatlar həyata keçirəcək. Müqavilə, həmçinin iki qurum arasında elmi mobilliyin inkişafı, magistr, doktorant, tədqiqatçı, akademik və inzibati heyətin mübadiləsini nəzərdə tutur.