Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları Eldar Məmmədbəyli və Vəfa Babayevanın həmmüəllifi olduqları “Tərkibində norbornen saxlayan imidazolinlər” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan bildirilib ki, monoqrafiyada imidazolin və onun törəmələrinin əsas sintez üsulları, sənaye və məişətin müxtəlif sahələrində tətbiq sahələrinin araşdırılması istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələri öz əksini tapıb. Tərkibində norbornen saxlayan amid, imidazolin və komplekslərinin sintezi, xassələrinin öyrənilməsi sahəsində monoqrafiya müəlliflərinin tədqiqatlarının nəticələri təqdim olunub, onların əsas tətbiq sahələri göstərilib. Həmçinin yeni nəsil imidazolinlərin alınma reaksiyasının gedişatına təsir edən amillər öyrənilib.
Monoqrafiya neft-kimya sintezi sahəsində çalışan mütəxəssislər, o cümlədən bakalavr, magistrant, dissertant və doktorantlar üçün nəzərdə tutulub.