Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbiri açan baş direktor akademik Vaqif Abbasov gənc nəslin savadlı və bacarıqlı yetişdirilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Neft-Kimya Prosesləri İnstitutunun gənc əməkdaşları hər zaman Azərbaycan dövlətinin elmi, ictimai işlərində fəal iştirak edirlər. Akademik Vaqif Abbasov Gənclər Günü münasibətilə institutun fəal gənclərinin mükafatlandırılmasını təklif edib. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə institutun Elmi şura üzvlərindən ibarət 8 nəfərlik tərkibdə komissiya təsdiq olunub.
Səsvermə nəticəsində institutun 6 əməkdaşı – elmi katib Ziyarət Paşayeva, şöbə müdiri Ayaz Məmmədov, aparıcı elmi işçilər Mehriban Nağıyeva, Günel Bədəlova, elmi işçi Fərqanə Əlizadə və mütəxəssis Tofiq Əliyev mükafatlandırılıb.