"Statistika məlumatları göstərir ki, Azərbaycan universitetlərinin əksəriyyəti gələcəklə bağlı sürətli texnoloji infrastruktur və çağırışlardan, daha dəqiqi əksər universitetlərimiz müasir trendlərdən geri qalır".
TehsilMedia.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, son illərdə beynəlxalq təhsil trendləri, texnologiyaların inkişafı və iş gücü bazarının dəyişən tələbləri universitetlərimizi dəyişməyə məcbur edir:
"Bu dəyişikliklərə ayaq uydurmaqdan uzaq olan bəzi universitetlər isə gələcək üçün kadr hazırlığında çətinliklər yaşaya bilər ki, bu da onların sonunu gətirəcək. Hal-hazırda istər dövlət, istər özəl universitetlər arasında varlığı və yoxluğu yalnız qəbul imtahanından sonra abituriyent 4 jurnalında xatırlananlar var".
"Düşünürəm ki, təhsil islahatları və təhsil dəyişikliklərinin ali təhsil pilləsində həyata keçirilməsinin vaxtıdır. Orta məktəb bazasında eşələnmək bəs edir", - deyə Kamran Əsədov qeyd edib.