SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyətinin (SPE BANM) təşkilatçılığı ilə "IELTS Month” adlı kurs təşkil edilib.
TehsilMedia.az xəbər verir ki, layihənin əsas məqsədi Hazırlıq kursu tələbələrinin (Foundation) IELTS imtahanlarına hazırlıqlarına dəstək olmaqdır.
5 həftə davam edən layihə ərzində Neftçi Mühəndislər Cəmiyyətinin üzvləri Firuzə Əzizova, Zahid Abdullayev, Mədinə Ziyadxanova və Məhəmməd Vəliyev öz təcrübələrini bölüşüblər.
Layihənin sonunda tələbələr üçün imtahan standartlarına uyğun formada sınaq imtahanı təşkil edilib, iştirakçılara sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.
Layihəyə Zahid Abdullayev koordinatorluq edib.