"2022-2023-cü tədris ili artıq yekunlaşmaq üzrədir və bu il Bakı Slavyan Universiteti üçün uğurlu olub".
"
TehsilMedia.az" xəbər verir ki, bunu "Tehsil.biz"ə açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib.
Rektor bildirib ki, tədris ili ərzində ötən il həyata keçirilən qəbul planı əsasında iki yeni ixtisas üzrə qəbullar uğurla həyata keçirilib:
"Həmin ixtisaslar istər pedaqoji heyət, istər tələbələrin bilgiləndirilməsi istiqamətində fəaliyyət göstərib. O cümlədən, müəllimlər və tələbələr üçün müxtəlif təlimlər təşkil olunub. Müəllimlərimiz və tələbələrimiz təşkil olunan təlimlərdə uğurla iştirak ediblər".
Anar Nağıyev bildirib ki, BSU-da politologiya, tarix müəllimliyi və psixologiya ixtisasları yaradılıb:
"Ali təhsil müəsisəsi olaraq təhsil proqramımızın əsas elementlərindən biri də inkuliziv təhsildir. Bununla bağlı BSU olaraq bu il "İnkuliziv təhsildən inkuliziv cəmiyyətə" adlı təlim keçirmişik. Biz bu təhsil formasında dərsliklərin, həmçinin resursların yenilənməsi istiqamətində addımlar atırıq. Bundan başqa, bu il politologiya, tarix müəllimliyi və psixologiya ixtisasları yaradılıb. Düşünürəm ki, yeni tədris ilində də yeni-yeni uğurlar əldə edəcəyik".