"Son 30 ildə Qazaxıstan universitetləri daim bizim universitetlərdən 10-15 il irəlidə olub".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov deyib.
Onun sözlərinə görə, qazaxlar təhsilə daim önəm veriblər:
"Mən 12 il əvvəl Qazaxıstanda dəvətli professor qismində Pavlador Dövlət Universitetində olmuşdum. O vaxt bu əyalət universiteti bizim paytaxt universitetlərindən xeyli irəlidə idi. Bizim ali məktəblərin xeyli problemləri var. Əsas problem Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələrinə ögey münasibəti və dünya təcrübəsindən bixəbərliyidir".