Bəzi valideynlər övladlarının xaricdə təhsil almasını istəsələr də, ekspertlər xəbərdarlıq edir. Xaricdə təhsil almaq istəyən abituriyentlər seçim edərkən lisenziyası olan universitetlərə üstünlük verməlidirlər.
Təhsil eksperti
Kamran Əsədov deyir ki, hər il onlarla şəxs xaricdə təhsil adı altında aldadılır. Ekspertin sözlərinə görə, övladının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər.
Sosial şəbəkə reklamlarından görünür ki, çox şirnikləşdirici təkliflər edirlər. Ən çox tibb ixtisası ilə bağlı gənclər xaricdə təhsil üçün müraciət edirlər.
Valideynlərə səslənən Kamran Əsədov vurğuladı ki, xaricdə təhsil şirkətləri bir çox hallarda öz kommerssiya maraqları üçün yalan vədlər verirlər.
Bəzi mərkəzlərin lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparması sonradan diplomların tanınmaması ilə nəticələnir.
Xarici ölkələrdə təhsil almaq istəyən tələbələr oxuyacaqları universitetlərin lisenziyasi olub olmadığını araşdırmalıdırlar.