Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadada iştirak etmək istəyən tələbələr üçün seçim imtahanı keçirilib.
Universitetdən "
TehsilMedia.az"a bildirilib ki, imtahanda bütün kurslar üzrə ümumilikdə 70 tələbə qeydiyyatdan keçib.
Onlardan 41 nəfəri imtanada iştirak edib. AzTU-nun kompüter zallarında təşkil olunan imtahanda tələbələrə 10 məsələ təqdim olunub. Tələbələrin cavabları avtomatlaşdırılmış sistem tərəfindən dərhal qiymətləndirilib.
Qeyd edək ki, məqbul qiymət alan tələbələr oktyabrın 22-də ICPC (International Collegiate Programming Contest) tərəfindən keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.