AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 59-cu nömrəsi çapdan çıxıb.
İnstitutdan
"TehsilMedia.az"a bildirilib ki, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə nəşr edilən jurnalın bu nömrəsində maraqlı elmi araşdırmalarla tanış olmaq mümkündür. Bu baxımdan professor Ramil Əliyevin “Degenerativ zamanda Basat”, filologiya elmləri doktoru Minaxanım Nuriyeva Təkləlinin “Türk sözləri əsasında formalaşan rus xalq atalar sözləri və deyimləri”, filologiya üzrə fəlsəfə doktoru Abdimurod Arslonovun “Qisasi-Rəbquzi”də şifahi xalq yaradıcılığına dair süjet və motivlər”, dosent Şakir Albalıyevin “Novruz mərasim kompleksi: çərşənbələrdən bayram axşamınadək”, dosent Elçin Qaliboğlunun “Dağlıq Şirvandan toplanmış folklor materiallarında mifoloji obraz və motivlər” məqalələrini qeyd etmək olar. Həmçinin “Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisində milli kimlik problemi”, “Qorqud”, “Qorqut”, yoxsa...?”, “Edigey” dastanında pəri, qu quşu, Albastı obrazları”, “Bayatı Qarabağ mədəniyyət kimliyinin simvolu kimi” məqalələri oxucular üçün maraqlı olacaq. Bundan başqa, oxucular topluda “Azərbaycan folklorunda şeytanla bağlı mətnlər və H.Cavidin “İblis” konsepsiyası”, “Havuş toy adətləri”, “Hüseyn Cavidin “İblis” konsepti: transsendentlikdən romantik mifyaratmaya”, “Qarabağ folklorunda bayatı janrı mərasim faktoru kimi”, “İsgəndər Zülqərneyn” nağılının motivlər sistemi” və “Azərbaycan xalqının mifik kimlik dünyası” başlıqlı məqalələr ilə tanış ola bilərlər.