AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva və həmin şöbənin böyük elmi işçisi Tahirə Əliyeva Türkiyənin Ərzurum şəhərində keçirilmiş “Cümhuriyyətin 100 illiyində Bilgə Xaqandan Atatürkə” adlı beynəlxalq türk dili və türk ədəbiyyatı qurultayında iştirak ediblər.
Bu barədə
"TehsilMedia.az" a AMEA-dan məlumat verilib.
Ərzurum şəhəri Nənə Xatun Mədəniyyət Mərkəzində baş tutmuş qurultayda dosent Aygül Hacıyeva “Füzuli və Ruhi Bağdadi qəzəllərində istifadə olunmuş standart ifadələr”, Tahirə Əliyeva isə “XIX əsrin əvvəllərində türk dili və ədəbiyyatının keçmiş SSRİ-də tədqiq və təhlili” mövzularında məruzə edib və təşəkkür sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, beynəlxalq qurultay Atatürk Universiteti Təhsil Elmləri İnstitutu, Türkiyə Cümhuriyyəti Ərzurum Valiliyi, Ərzurum Böyükşəhər, Aziziye və Palandöken Bələdiyyələri və Türkiyə Cümhuriyyəti Yakutiye Bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.