Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının məzunu Murad Vəliyev Almaniya dövlət təqaüdünün hüquqşünaslıq ixtisası üzrə qalibi olub.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan bildirilib.
Qeyd olunub ki, təqaüdə 900-ə yaxın müraciət olub, BDU məzunu yüksək rəqabət nəticəsində bu imkanı qazanıb.
Murad Vəliyev hazırda magistratura təhsilini Almaniyanın Saarland Universitetində Avropa və beynəlxalq hüquq ixtisası üzrə davam etdirir.