Noyabrın 17-də AMEA-da Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki” kitabının təqdimatı olacaq. Kitabın tərtibçisi, “Ön söz” və şərhlərin müəllifi AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlidir.
Bu barədə
"TehsilMedia.az" a institutdan bildirilib.
Qeyd edək ki, əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılıb. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosenti, əslən azərbaycanlı İxtiyar Bəxşi professor Nadir Məmmədliyə hədiyyə edib. “Məzhər üt-türki” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.