Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri Bünyad Kazımov və doktorantı Əsədulla Məmmədovun 28-30 avqust 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilmiş “Kibernetika və informatikanın problemləri” mövzusunda 5-ci beynəlxalq konfransda (PCİ-2023) məruzəsi konfransın xaricdə İEEE nəşriyyatında çapdan çıxan materiallarında dərc edilib.
TehsilMedia.az xəbər verir ki, bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Sözügedən məruzə “Determination of the developing indicators of gas layers whose rocks are creeping deformation during operation by inclined wells” (“Maili quyularla istismar şəraitində süxurları sürüngəcli deformasiyaya uğrayan qaz laylarının işlənilmə göstəricilərinin təyini”) adlanır.
Qeyd edək ki, konfrans materialı nüfuzlu “Web of Science” elmmetrik bazasının CPCI-S (Conference Proceedings Citation Index - Science) altbazasına daxil ediləcəyi gözlənilir.