Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Yer Elmləri Baş Assambleyasının (EGU - 2023) növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov da iştirak edib.
Bu barədə "TehsilMedia.az"a institutdan bildirilib.
O, "The Relationship Between Moderate Earthquakes and Ayazakhtarma Mud Volcano Using the InSAR Technique in Azerbaijan” mövzusunda çıxış edib. Təqdim edilmiş nəticələr böyük marağa səbəb olub və müxtəlif ölkələrin (Almaniya, İtaliya, Fransa, İsveçrə və digərləri) alimləri ilə müzakirə edilərək gələcək əməkdaşlıq üçün maraq göstərilib.
Baş Assambleyada 107 ölkədən 18.831 qeydiyyatdan keçmiş iştirakçı qatılıb, 938 sessiyada 16,357 təqdimat göstərilib. Bəhruz Əhədov bir sıra təqdimatlarda iştirak edərək müzakirələrə qatılıb.