Bakı Ali Neft Məktəbinin Kitab klubu "Museum Trip" adı altında Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinə səyahət təşkil edib.
BANM-dən
"TehsilMedia.az" a bildirilib ki, görkəmli yazıçının ev muzeyini Ali Məktəbin hər kursdan tələbələri ziyarət edib.
Onlar burada yazıçının kitabxanası və ədəbiyyat otağında müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitablarla tanış olublar.