SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) komandası “SOCAR Downstream” şirkətinin mühəndislərinin iştirakı ilə “Oil Refinery” adlı kurs təşkil edib.
TehsilMedia.az xəbər verir ki, 5 sessiyadan ibarət kursda müxtəlif universitetlərdən 50 tələbə iştirak edib.
Onlara neft emalı zavodlarında ilkin distillasiya, reforminq, enerji istifadəsi, kokslaşma və krekinq prosesləri haqqında məlumat verilib. Sessiyalarda “SOCAR Downstream” şirkətinin təcrübəli mühəndisləri Sabir Hacızadə, Rəşad Ələkbərov, Sənan Süleymanlı, Adil Babayev və Şahin Orucov məruzəçi qismində çıxış ediblər.
Kursun koordinatoru BANM-in Neftçi Mühəndislər Cəmiyyətinin üzvü Pərvin Əbülhəsənova olub.