Abşeron rayon üzrə ümumtəhsil müəssisələrinin 2022-2023-cü tədris ilində təyin olunan direktorların bir illik hesabatları dinlənilib.
TehsilMedia.az xəbər verir ki, 13 oktyabr tarixində Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdiri
İlhamə Abdullayevanın iştirakı ilə Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun və məktəb direktorlarının hesabat iclası keçirilib.
İclasda Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri Rahim Novruzov 2022-2023-cü tədris ilində görülmüş işlər barədə hesabat verib.
Daha sonra bir neçə məktəb direktorunun hesabatı dinlənilib.
Hesabatların dinlənilməsində əsas məqsəd 1 il ərzində məktəb direktorlarının ümumi fəaliyyətlərini dəyərləndirmək, məktəblərin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələrinin rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
Fəaliyyəti tam qənaətbəxş olmayan hesabatlarla əlaqədar müvafiq tövsiyələr verilib və növbəti tədirs ili üçün hədəflər müəyyən edilib.
Fəridə Ağaxanlı