Payız-qış mövsümü ilə əlaqədar Abşeron-Xızi Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
TehsilMedia.az xəbər verir ki, Regional idarənin tabeliyində fəaliyyət göstərən 213 müəssisədən 201 müəssisə qazla, 11 müəssisə odunla, 1 müəssisə dizellə qızdırılır.
Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdirilir.