Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
TehsilMedia.az xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.