М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Bəstəkarlar İttifaqının konsert keçirilib.
Filarmoniyadan
"TehsilMedia.az" a bildirilib ki, konsertdə bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Əməkdar artistlər İnarə Babayeva (soprano), Azad Şükürov (qiraətçi), Zeynalabdin Babayev (tar), İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat (tenor), Orxan Hüseynov (cello), İbrahim Babayev (tar), Hüseyn Nağıyev (kamança), Nicat Məsimov (balaban) və Cəfər Həsənovun rəhbərliyi ilə ritm qrupu öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Elnarə Dadaşova, Azər Dadaşov, Elza Seyidcahan, Yaşar Xəlilov, Lalə Cəfərova, Rüfət Ramazanov, Samir Əliyev, Pikə Axundova, Kəmalə Əlizadə, Nərminə Nağıyeva və Vüqar Məmmədzadənin əsərləri səsləndirilib.