İsveçrənin Cenevrə şəhərində keçirilən ənənəvi “Les Automnales” payız yarmarkasında Azərbaycan təmsil olunub.
TehsilMedia.az xəbər verir ki, “Palexpo” sərgi mərkəzində 12-19 noyabr 2023-cü il tarixlərini əhatə edən və yüz minlərlə insanı birləşdirilən bu yarmarkada müxtəlif xalqların mədəni irsi və döyüş sənəti təqdim olunur.
Sərgi mərkəzinin “Salon de l'Art du Mouvement” konsert salonunda Azərbaycanı təmsil edən xoreoqraf, diaspor fəalı Mariya Xan-Xoyskaya Martiqnoli və rəhbərlik etdiyi “İrs” rəqs ansamblının yetirmələri “Lalələr” və “Ağ çiçəyim” rəqslərini təqdim ediblər. Soydaşlarımızın çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, rəqs ansamblının ikinci çıxışı 19 noyabr tarixində keçiriləcək qala-konsertdə baş tutacaq.