"Son zamanlar rəssamlıq ixtisaslarına qızların axını hiss olunur".
TehsilMedia.az xəbər verir ki, bunu Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı deyib.
Bunun sevindirici hal olduğunu bildirən rektor interyer, dizayner kimi sahə və ixtisaslara meyllərin artdığını vurğulayıb:
"Nəticədə bəzi klassik rəssamlıq ixtisaslarına maraq əvvəlki deyil, bu ixtisaslara sənəd verənlərin sayı azalıb. Bu da biraz başadüşüləndir. Bakı böyüyür, inkişaf edir, yeni binalar, evlər tikilir və məhz dizaynerlərə tələbat da artır. Amma biz çalışırıq ki, ənənəvi ixtisaslara olan marağı bərpa edək”, - Natiq Əliyev əlavə edib.