Nə şagird var, nə müəllim. Sinif otaqları və müəllimlər otağı boşdur. Sözügedən məktəb Kəlbəcər rayon 91 saylı məktəbdir.
Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlamasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin və müəllimlərin ayaqları təhsil ocağına dəyməyib. Həmin şagirdlər müəllimlərini tanımırlar. Məktəbdə ibtidai sinif müəllimi
Mehdi Mirzəyev direktorun qanunlarına tabe olmayaraq dərs demədiyi şagirdlərə qayıblar yazır. Digər müəllimlər isə dərsə gəlməyən uşaqlara qiymətlər yazır.
Yaşar Quliyev də sözügedən məktəbdə riyaziyyat müəllimi olaraq çalışır. O da digər həmkarı kimi direktorun məktəbi öz qanunları ilə idarə etdiyini bildirib.
Məsələ ilə bağlı məktəbin direktoru
Elməddin İsmayılov bildirib ki, həmin müəəlimlər diaqnostik qiymətləndirmədə aşağı nəticələr göstəriblər. O qeyd edib ki, buna baxmayaraq onlara dərs saatı çox verilib. Onların şikayətlərini aidiyyatı qurumlar araşdırıb və bütün müəllimlərdən izahat götürülüb. Elməddin İsmayılov bildirib ki, hazırda məktəbin fəaliyyəti dayanıb. Cəmi 25 şagirdimiz var idi. Onlardan 10-u məzun olub. Digər şagirdlərə isə məktəb verilmədi. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun müdiri
Namiq Rəcəbov isə bildirib ki, hazırda tətildir. Növbəti tədris ilindən bu problemlər aradan qaldırılacaq.
TƏHSİL MEDİA