Qırğızıstanın paytaxtı Bişkekdə məktəb avtobusu ilə mikroavtobus toqquşub.
TehsilMedia.az "Sputnik”ə istinadən xəbər verir ki, qəza nəticəsində 18 şagird yaralanıb.
Şagirdlər Bişkek Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.