İYİ Partiya baş katibi Poyraz alimlər üçün qanun layihəsi təqdim etdi. Vəziyyətlərinin təcili düzəltməli olduğunu bildirən Uğur Poyraz təkliflərini bir-bir sadaladı...
TehsilMedia.az xəbər verir ki, İYİ Partiyasının baş katibi və Antalya millət vəkili Uğur Poyraz Türkiyə Böyük Millət Məclisinin sədrliyinə alimlərin vəziyyətini yaxşılaşdırmaq üçün qanun təklif edib. Poyraz, “Təəssüf ki, ali təhsil müəssisələrimiz xüsusilə son on ildə maliyyə imkanları və maaşlar baxımından cəlbedici qurum olmaqdan tamamilə uzaqlaşıb. Akademiklərin əlavə dərslər alması və ya daha çox gəlir əldə etmək üçün başqa işlərə üz tutması bir seçim olmamalıdır. Yaşayış səviyyəsi xeyli pisləşən akademiklər elmi araşdırmalar aparmaqdansa, ayın sonunu gətirmək, həyatlarını davam etdirmək kimi təməl problemlərlə üzləşirlər.
Poyraz qanun layihəsində aşağıdakı təklifləri təqdim edib:
– Akademik həvəsləndirmə ödənişi iki dəfə artırılmalı, məqalədəki dərəcələr yenidən təşkil edilməlidir. Beləliklə, akademiklər dəstəklənməli və elmi araşdırmalara, patentlərə, ixtiralara, layihələrə və tədqiqat və inkişaf fəaliyyətlərinə diqqət yetirməyə təşviq edilməlidir.
– Təlimatçıların əlavə göstərici sistemi 3600-dən başlamalı və rütbə və dərəcəyə uyğun olaraq tədricən artırılmalıdır.
– Səlahiyyətlilərin kompensasiyaları yenidən təşkil edilməlidir.
Məsumə İmran