\
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Bu barədə "
TehsilMedia.az"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə 146-0-4 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.