Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə mövcud olan vakant yerlər açıqlanıb.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən
"TehsilMedia.az" a bildirilib ki, vakansiyalara müraciət etmək istəyən namizədlər +994 50 882 06 23 vatsap nömrəsinə yaza bilərlər.
Qeyd olunub ki, vakansiyalara qeyd olunan fənlərdən 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən və hər hansı vakant yerə təyin edilməyən namizədlər müraciət edə bilərlər.